ADAU-nun elmi əsərləri jurnalına təqdim olunan məqalələr müasir elmin və aqrar siyasətin tələbinə uyğun olan orijinal tədqiqat əsərləri olmalıdır. Jurnalda nəşr olunmaq üçün təqdim olunan əsərlər ilk öncə plagiat yoxlanışından keçirilir, daha sonra gizli rəyçilərə göndərilir. Rəy prosesinin şəffaflığını qorumaq üçün müəllif və rəyçi haqqında informasiyalar gizli saxlanılır. İnformasiyanın gizliliyinə redaktor məsuliyyət daşıyır. Rəyçilər müvafiq elm sahəsində elmi adı və ya elmi dərəcəsi olan mütəxəssislərdən seçilir. Rəyçilərə məqalənin qiymətləndirilməsi üçün 10 gün vaxt verilir.
Rəyçilər məqalə haqqında müvafiq qərarını bildirmək üçün ADAU-nun elmi əsərləri jurnalının redaksiyası tərəfindən təqdim edilmiş məqalənin qiymətləndirmə formasında qeyd olunan meyarlar üzrə qiymətləndirir. Məqalə qiymətləndirmə formasında aşağıdakı meyarlar müəyyənləşdirilmişdir:
Məqalənin adının məzmununa uyğunluğu
Məqalənin jurnalın mövzusuna uyğunluğu
Tədqiqatın aktuallığı və məqsədi
Nəzəri-praktiki əhəmiyyəti
Tətbiq olunan metodun uyğunluğu
Nəticə və təkliflərin tədqiqata uyğunluğu və yetərliliyi
Yeniliklərin şərhi və dəyərləndirilməsi
Məqalənin dilinin elmi üsluba uyğunluğu və anlaşıqlığı
Şəkil, sxem, qrafik və cədvəllərin yetərliliyi
İstifadə olunan ədəbiyyat mövzu ilə əlaqəliliyi və istinadın düzgünlüyü
Məqalə qiymətləndirmə formasına əsasən rəyçi aşağıdakı qərarlardan birini qəbul edə bilər:
Məqalənin nəşri tövsiyə edilmir
İradlar düzəldildikdən sonra yenidən rəyçiyə təqdim edilməlidir
İradlar düzəldilməklə birbaşa nəşr edilə bilər
Məqalənin nəşri tövsiyə edilir
Məqalə qiymətləndirmə formaları jurnalın redaksiyasında saxlanılır.
Nəşr olunmaq üçün təqdim edilən əsərə dair rəyçilər tərəfindən müəyyənləşdirilən iradlar rəyçinin gizliliyini saxlamaq şərtilə jurnalın redaksiyası tərəfindən məsul müəllifin elektron ünvanına göndərilir.
Müəllif göndərdiyi məqaləyə dair rəyçilər tərəfindən bildirilən fikirlərlə razılaşmadığı təqdirdə, iradlara dair əsaslandırılmış fikirlərini jurnalın redaksiyasına təkrar təqdim edə bilər.
Rəy prosesi ilə bağlı bütün məlumatların müəllifə çatdırılmasını jurnalın redaksiyası operativ şəkildə həyata keçirir.