• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799

Müəlliflər üçün məlumat

Müəlliflər üçün məlumat


Jurnal, nəşr üçün yerli və xarici tədqiqatçıların Azərbaycan, rus və ingilis dillərində məqalələrini ildə 4 dəfə olmaqla rüblük olaraq nəşr edir.

Məqalə, “başlıq”, “xülasə”, “giriş”, “material və metod”, “nəticələr və müzakirə”, “yekun nəticə”, “ədəbiyyat siyahısı”ndan ibarət olmalıdır.

Məqalənin mətni Microsoft Word mətn redaktorunda A4 (210 x 297 mm) formatında yuxarıdan və aşağıdan 2 sm, sol və sağdan 2,5 sm boşluq buraxılmaqla, 1 sətir intervalı və 12 ölçüdə Times New Roman şrifti ilə yazılmalıdır.

Başlıq istisna olmaqla, bütün paraqraf başlıqları yalnız ilk hərflər böyük olmaqla 12 şriftlə yazılmalıdır. Başlıqla mətn arasında bir sətir boşluq buraxılmalıdır.

Jurnalın yazı qaydalarına uyğun hazırlanmış məqalə minimum 5, maksimum 15 səhifə olmalıdır. Məqalənin hazırlanması üçün nümunə şablon ilə buradan tanış ola bilərsiniz.


Əsas Başlıq:

Məqalədə başlıq 12 şriftlə, 1,5 sətir intervalı ilə hər xülasədən əvvəl ortada, qara və böyük hərflə xülasələrin yazıldığı dildə olmalıdır. Başlıq 15 sözdən çox olmamalıdır.

Müəlliflərin adları:

Müəlliflərin adı, atasının adı və soyadı ilk hərf böyük olmaqla 12 şriftlə, başlıqdan sonra bir sətir boşluq buraxılaraq səhifənin ortasında yazılmalıdır. Müəllifin soyadının ən son hərfinə haşiyə ilə istinad edilməli və səhifənin sonunda qeyd edilməlidir. Haşiyədə əsas müəllifin məlumatları (ünvan, e-mail və OrcID) “Əsas Müəllif/Corresponding author” ifadəsi ilə qeyd edilməlidir. Əsas müəllifdən sonra digər müəlliflərin ünvan, e-mail və OrcID məlumatları daxil edilməlidir.

Xülasə:

10 şriftlə müəlliflərin adlarından sonra bir sətir buraxılaraq yazılmalıdır. Xülasədə “tədqiqatın məqsədi”, “tədqiqatın metodologiyası”, “tədqiqatın tətbiqi əhəmiyyəti”, “tədqiqatın nəticələri”, “tədqiqatın elmi yeniliyi” və “açar sözlər” başlıqları ayrı-ayrı sətirlərdə verilməli və izah edilməlidir. Açar sözlərin sayı 5-7 arasında olmalıdır.

Məqalənin yazıldığı dildən başqa, digər iki dildə yazılmış xülasələr məqalənin sonunda ədəbiyyat siyahısından sonra 2 sətir boşluq buraxılaraq yazılmalıdır. Məqalənin hər üç dildə yazılmış xülasəsi bir-birinin eyni  olmalıdır.

Giriş:

Bu bölmədə tədqiqatın hipotezi və aktuallığı izah edilməli, mövzu ilə bağlı digər tədqiqatlar haqqında məlumat verilməlidir. Bu bölmədə tədqiqatın məqsədi aydın şəkildə göstərilməlidir. Giriş “Açar sözlər”dən sonra iki sətir boşluq buraxmaqla 12 şriftlə yazılmalıdır.

Materiallar və metodlar:

Məqalədə istifadə olunan rəqəmlər dəqiq ifadə olunmalı və mənbələri ədəbiyyat siyahısında göstərilməli, empirik üsullar və analiz metodları, habelə istifadə olunan müvafiq proqram təminatı sadalanmalıdır.

Nəticələr və müzakirə:

Bu bölmədə məqalənin mövzusuna uyğun aparılmış tədqiqatın nəticələri digər tədqiqatların nəticələri ilə müqayisə edilməli, onların oxşar və fərqli cəhətləri sistemləşdirilməlidir. Alınan nəticələrə müəllif tərəfindən münasibət bildirməli və şərh edilməlidir. Əldə edilən nəticələr rəqəmlər, cədvəllərlə dəstəklənməli və izah edilməlidir.

Yekun nəticə:

Bu bölümdə alınan nəticələr ümumiləşdirilməli və onun müvafiq tədqiqat sahəsinə gətirdiyi elmi yenilik, tədqiqatın nəzəri-praktiki əhəmiyyəti göstərilməlidir. Bu bölmədə həmçinin tədqiqatın məhdudiyyətləri və gələcək tədqiqatçılar üçün potensial tədqiqat istiqamətləri tövsiyə edilməlidir.

Cədvəllər, şəkillər, qrafiklər və sxemlər:

Şəkil, rəsm, qrafik və cədvəllərin adları onların üstündə 12 şriftlə verilməli və ərəb rəqəmlərilə ardıcıl nömrələnməlidir. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şriftlə yazılmalıdır. Şəkil, rəsm, qrafik və cədvəllərin mənbələri onların altında 12 şriftlə yazılmalıdır.

Cədvəlin sətir və sütunlarının adları qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməli və Beynəlxalq vahidlər sistemində (BS) verilməlidir.

Şəkillər elektron formatda “jpg” və ya “jpeg” tipində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar “Word”, “Excell”, “Adobe Photoshop”, “CorelDRAW” proqramlarından birində təqdim edilməlidir.

İstifadə olunan düsturlarda səhifə ortasında verilməli, düsturlarda qeyd olunan simvollar və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq düsturun aşağısında verilməlidir. Düstur sağ tərəfdən mötərizə daxilində nömrələnməlidir.

Ədəbiyyat siyahısı:

Məqalədəki bütün istinadlar ədəbiyyat siyahısı bölməsində müəllifin soyadına uyğun olaraq əlifba sırası ilə verilməli və nömrələnməlidir. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. üstünlük verilməlidir. Siyahıda ən azı on ədəbiyyat göstərilməlidir.

Məqalə içindəki istinadlarda "müəllif, il" sistemindən istifadə edilməlidir. İstinadlar cümlə əvvəlində və ortasında Əliyev (2007), cümlə sonunda isə (Əliyev, 2007) şəklində yazılmalıdır. İki müəllif olduğu təqdirdə cümlə əvvəlində və ortasında Əliyev və Məmmədov (2007), cümlə sonunda isə (Əliyev və Məmmədov 2007) şəklində yazılmalıdır. Üç və ya daha çox müəllif olduğu zaman isə cümlə əvvəlində və ortasında Əliyev və b. (2007), cümlə sonunda isə (Əliyev və b., 2007) şəklində yazılmalıdır.

Eyni tədqiqatçının eyni ildə nəşr olunan məqalələri ədəbiyyat siyahısında göstərilərkən a,b,c hərfləri ilin sonuna əlavə edilməlidir. Ədəbiyyat siyahısı 10 şriftlə aşağıdakı şəkildə yazılmalıdır. Əliyev (2007a), Əliyev (2007b), Əliyev (2007c)

Məqalələr:

İstinad edilən müəllif(lər)in soyadı və ad(lar)ının ilk hərfi, nəşr olunduğu il, məqalənin adı, nəşr olunduğu jurnalın adı, cild (say), ilk və son səhifəsi göstərilməklə verilməlidir.

Qəbilov, M.Y., Mehdiyeva, G.M. (2021). Qara quşüzümünün (solanum nigrum l.) morfoloji anatomik quruluş xüsusiyyətləri, ADAU-nun Elmi Əsərləri, (1), 3-7

Jafarov, I. H., Babadoost, M. (2016). Morphology, molecular identity, and pathogenicity of Verticillium dahliae and V. longisporum associated with internally discolored horseradish roots. Plant disease, 100(4), 749-757.

Цыганов, А. Р., Шалак, М. В., & Шелюто, А. А. (2005). Актуальные проблемы агрономии в исследованиях ученых агрономического факультета БГСХА. In Актуальные проблемы агрономии и пути их решения , (2), 3-8.

Kitab

İstinad edilən müəllif(lər)in soyadı və ad(lar)ının ilk hərfi, nəşr olunduğu il, kitabın adı, nəşr olunduğu şəhər və ölkə, səhifə sayı şəklində olmalıdır.

Cəfərov, İ.H. (2009). Tarla bitkilərinin xəstəlikləri. Bakı. 328

Gardner, F.P., Pearce, R.B. and Mitchell, R.L. (2017). Physiology of crop plants (No. Ed. 2). Scientific Publishers, Jodhpur, India. 327.

Гуреев, В. А., Гущин, В. В. (2012). Исполнительное производство: учебник для магистров. Юрайт-Издат, 559

Konfrans, simpozium və s. elmi tədbirlərin toplularında dərc olunmuş məqalələr (tezislər):

İstinad edilən müəllif(lər)in soyadı və ad(lar)ının ilk hərfi, nəşr olunduğu il, məqalənin (tezisin) adı, nəşr olunduğu konfransın adı, təşkil olunduğu yer və tarix, ilk və son səhifəsi göstərilməklə verilməlidir.

Babayev, Ş.M. (2019). Lifli pambıq çiyidlərinin keyfiyyətli səpin materialı istehsalı üçün kombinə edilmiş “ADAU-100” üsulunun işlənilməsi və tədqiqi. Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər. Gəncə 5 dekabr, 33-36

Rabat, O.Z., Hasanov, S.L. (2020). Innovative research of effectiveness of renewable energy sources based on change of climate features. Intensive gardening in Azerbaijan: achievements, prospects. Ganja, 21 february. 46-50

Алиева Н.М. (2019). Способы выращивания перепелят в подсобных хозяйствах Азербайджана. Применение аграрного страхования в Азербайджане: развитие и возможности, Гянджа, 15 марта, 123-126