• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799

Nəşr etikası

Nəşr etikası


“ADAU-nun Elmi əsərləri” jurnalı nəşr etikası siyasətini Nəşr Etikası Komitəsinin (The Committee on Publication Ethics – COPE) tövsiyələri və standartları əsasında qurur.

Redaktor üçün etik qaydalar:

  • Redaktor müəlliflərin din, dil, irq, etnik mənsubiyyət, siyasi düşüncə və cins kimi xüsusiyyətlərindən asılı olmayaraq, təqdim olunan məqalələrin yalnız tədqiqatın keyfiyyətinə və rəyçilərin şərhlərinə görə qiymətləndirilməsini təmin etməlidir.
  • Etik qayda pozuntusuna yol verildiyi halda redaktor məqaləni rədd etməlidir.
  • Redaktor jurnala göndərilən məqalələr haqqında məlumatları məxfi saxlamalı və bu məlumatı əsas müəllif, rəyçilər və redaksiya heyəti istisna olmaqla, heç kimlə paylaşmamalıdır.
  • Redaktor məqalədə təqdim olunan məlumatlardan öz tədqiqatı və məqsədləri üçün istifadə etməməlidir.
  • Redaktor maraqların toqquşması hallarını yaratmamalıdır.
  • Redaktor jurnala göndərilən məqalələri rədd etmək, qəbul etmək və ya dəyişiklikləri tələb etmək üçün tam məsuliyyət daşıyır.

Müəllif(lər) üçün etik qaydalar:

  • Müəlliflər göndərdikləri elmi əsərin orijinal olduğunu və əvvəllər heç bir jurnalda nəşr olunmadığını bəyan etməlidirlər.
  • Müəlliflər bildirməlidirlər ki, göndərilən elmi əsər hal-hazırda başqa heç bir jurnalda dəyərləndirmə mərhələsində deyil.
  • Elmi əsərdə adları keçən bütün müəlliflər tədqiqatın həyata keçirilməsinə, məlumatların təhlili və ya əsərin yazılmasına töhfə verməlidir.
  • Ehtiyac olduğu təqdirdə, tələb olunan informasiyanın doğruluğunu təyin etmək üçün məlumatları təqdim etməlidir.
  • Canlılar üçün həyati-təhlükə yaratmayan tədqiqatların nəticələrini təqdim edilməlidir.
  • Müəlliflər nəşr edilmək üçün göndərdikləri məqalələrdə ciddi xəta olduğunu müəyyən etdikdə redaksiya heyətinə mütləq məlumat verməlidir.

Rəyçi(lər) üçün etik qaydalar:

  • Rəyçilər kifayət qədər təcrübəyə malik olduqları sahələrdə rəyçi olmağa razı olmalıdır.
  • Rəyçilər vaxtında və adekvat olaraq qiymətləndirə biləcəklərini düşündükləri təqdiqatlara rəyçilik etməyə razı olmalıdır.
  • Rəyçilər rəyin məxfiliyinə hörmət etməli və elmi əsərin nəzərdən keçirilməsi zamanı və ya nəşr edildikdən sonra əsərlə bağlı hər hansı məlumatı açıqlamamalıdır.
  • Rəyçilər plagiat və ya digər etik pozuntulardan şübhələndikdə jurnalın redaksiya heyətini xəbərdar etməlidir.
  • Rəyçilər öz qiymətləndirmələrində obyektiv və konstruktiv olmalı, şəxsi şərhlər verməməlidir.

Keyfiyyət təminatı

Redaktor jurnalda dərc olunan hər bir məqalənin jurnalın nəşr siyasətlərinə və beynəlxalq standartlara uyğun dərcinə cavabdehdir.

Şəxsi məlumatların qorunması

Redaktor qiymətləndirilən tədqiqatlara daxil edilmiş subyektlər və ya şəkillərlə bağlı şəxsi məlumatların qorunmasını təmin etməyə borcludur. Tədqiqatlarda məlumatları istifadə olunan şəxslərin öz razılıqları olmadığı təqdirdə tədqiqatdan imtina etmək səlahiyyətinə sahibdir. Bundan əlavə, redaktor müəllif, rəyçi və oxucuların şəxsi məlumatlarının qorunmasına cavabdehdir.

Əqli mülkiyyət hüquqlarının qorunması

Redaktor dərc olunmuş bütün məqalələrin əqli mülkiyyət hüquqlarını qorumağa, mümkün pozuntular zamanı jurnalın və müəllif(lər)in hüquqlarını müdafiə etməyə borcludur. Bundan əlavə, redaktor dərc olunan bütün məqalələrin məzmununun digər nəşrlərin əqli mülkiyyət hüquqlarını pozmaması üçün qanunvericilikdə müəyyən edilən tədbirlər görməyə borcludurlar.

Siyasi və Kommersiya təsiri

Jurnalın təsisçisi və siyasi-kommersiya amili redaktorun müstəqil qərar qəbul etməsinə təsir göstərməməlidir.