• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799

Jurnal haqqında

Jurnal haqqında

ADAU-nun Elmi Əsərləri jurnalı 12.01.2015-ci ildən nəşr olunan, açıq girişə malik (open access) və resenziyalı elmi jurnaldır.

ADAU-nun Elmi Əsərləri jurnalı “ISSN 2310-4104” və “ISSN-L: 2790-5799” Beynəlxalq Standart Seriya Nömrələri ilə nəşr olunur.

ADAU-nun Elmi Əsərləri jurnalının məqsədi müasir elmin və aqrar siyasətin aktual mövzularına uyğun ümumkonseptual problemlərini nəzəri-praktiki cəhətdən ifadə edən orijinal məqalələrin nəşrinə üstünlük verməklə, aqrar sahədə yeni elmi biliklərin, o cümlədən innovasiyaların işıqlandırılması, elmi-tədqiqat nailiyyətlərinin elmi ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Jurnal aşağıdakı elm sahələri üzrə məqalələrin qəbulunu həyata keçirir:

  • Aqrar elmlər
  • Texniki elmlər (Mühəndislik, aqrotexnologiya, memarlıq və dizayn)
  • İqtisad elmləri
  • Humanitar elmlər

Jurnal, nəşr üçün yerli və xarici tədqiqatçıların Azərbaycan, rus və ingilis dillərində məqalələrini ildə 4 dəfə olmaqla rüblük olaraq nəşr edir.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında məqalələrin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər” qarşısında qoyulan yeni tələbləri əsasında qurulmuşdur. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri elm sahəsi üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunmasını tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.

ADAU-nun Elmi Əsərləri jurnalı yüksək nüfuzlu elmmetrik bazalara düşməyi hədəf seçmişdir. Bu istiqamətdə bir sıra işlər həyata keçirilmişdir - jurnalın redaksiyası COPE (Committee on Publication Ethics) tərəfindən müəyyən edilən nəşr etikasına dair beynəlxalq standartlar əsasında qurulmuş, ədəbiyyatlara istinad APA-6 standartlarına uyğunlaşdırılmış, məqaləyə gizli rəyçilərə göndərilməsi mexanizmi yaradılmış və rəyçilərə standartlara uyğun tərtib olunmuş məqalə qiymətləndirmə forması müəyyənləşdirilmişdir.

Ümid edirik ki, jurnalda dərc olunan elmi məqalələr ölkə və dünya elminə faydalı, zəngin məlumatlarla xidmət göstərəcək.