• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

20:06:2022

Müəllif : Babayev Shahlar Mahmud

DOİ : DOI:10.30546/2790-5799.1.2022.52-60

Jurnalın nömrəsi : 2022-2

Mıqalənin jurnalda səhifəsi 52-60

Tədqiqatın adı: LİFLİ PAMBIQ ÇİYİDLƏRİNİN ÇEŞİDLƏNMƏSİ , DƏRMANLANMASI ÜÇÜN İNNOVATİV TEXNOLOGİYA , QURĞULARININ İŞLƏNMƏSİ

Tədqiqatın məqsədi :
Lifli pambıq çiyidlərinin dərmanlanması üçün innovativ texnologiya, qurğuların yaradılması və nəzəri tədqiqinə həsr olunmuşdur. İşlənib hazırlanmış içərisində funqisid olan qaba salınmış paralon üzərində çiyidlərin dərmanlanmasında lentli nəqletdiricidən, Kirkirə və baraban tipli qurğudan istifadə olunması, həm çiyidlərin dərmanlanması, həm də onları zədələmədən keyfiyyətli çeşidlənməsinə imkan verir. İşdə təklif olunan Kirkirə tipli qurğunun işinin nəzəri tədqiqi aparılmışdır.

Tədqiqatın metodologiyası :
Aqrar sektorun əsas problemlərindən olan pambıqçılıqda çiyidlərin dərmanlanması üçün nəzəri və təcrübi tədqiqatlar nəticəsində tərəfimdən aşağıdakı üç müxtəlif qurğu işlənib hazırlanmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Yuxarıda qeyd olunan qurğuların müxtəlif elementlərinin forma, konstruktiv parametr və iş rejimləri əsaslandırılarkən respublikamızda becərilən kənd təsərrüfatı bitkiləri içərisində prioritetliyini, həmçinin çiyidlərin dərmanlanmasında istifadə olunan digər texniki vasitələrlə keyfiyyətli dərmanlanması mümkün olmayan lifli pambıq çiyidləri seçilmişdir.

Tədqiqatın nəticələri :
Lifli pambıq çiyidlərinin mürəkkəb xarici forma və parametrə malik olması onların hazırda istismar olunan müxtəlif formalı ələklərdə, müxtəlif mühitlərdə (su, hava və b.), həmçinin xüsusi qurğulardan atılmaqla çeşidlənməsinə imkan vermir. Bu məqsədlə yeni kombinə edilmiş çeşidləmə üsulu, qurğuları müəllifi olduğumuz patentlər səviyyəsində hazırlanmış, tətbiq olunaraq qənaətbəxş nəticələr əldə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi :
Aparılmış çoxsaylı tədqiqatların nəticələrinə əsasən mürəkkəb formalı materialların çeşidlərə ayrılmasında xüsusi əhəmiyyət kəsb edən-şaquli hava axınında uçuş sürətinin (v) analitik ifadəsinə nəzər salsaq, Fb-parametrinin xüsusi əhəmiyyət kəsb etdiyini görərik.

Açar sözlər : Lif pambıq çiyid funqisid innovasiya texnologiya qurğu

20:06:2022

Автор : Babayev Shahlar Mahmud

DOİ DOI:10.30546/2790-5799.1.2022.52-60

Номер журнала : 2022-2

Страници статьи в журнале : 52-60

Название исследования :

Цель исследования :

Методология исследования :

Важность исследовательского приложения :

Результаты исследования :

Научная новизна исследования :

Ключевые слова :

20:06:2022

Author : Babayev Shahlar Mahmud

DOİ DOI:10.30546/2790-5799.1.2022.52-60

Number of journal : 2022-2

Page of article in journal : 52-60

Title of the research :

The purpose of the research :

The methodology of the research :

The practical importance of the research :

The results of the research :

The scientific novelty of research :

Keywords :