• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

06:10:2026

Müəllif : Nəsibova Günay Mübariz

DOİ : 10.30546/2790-5799.03.2026.656

Jurnalın nömrəsi : 2026-3

Mıqalənin jurnalda səhifəsi 42-52

Tədqiqatın adı: OĞUZ RAYONUNDA BORAGINACEAE JUSS. FƏSILƏSININ SEÇİLMİŞ NÖVLƏRİNİN SENOPOPULYASİYA STRUKTURU VƏ FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ

Tədqiqatın məqsədi :
Oğuz rayonunda yayılan Boraginaceae Juss. fəsiləsinin Echium vulgare, Cerinthe minor, Myosotis arvensis və Cynoglossum officinale növlərinin lokal senopopulyasiyalarında ontogenetik struktur və fərd sıxlığını müəyyənləşdirmək, əsas fitosenoloji göstəriciləri müqayisəli qiymətləndirməkdir.

Tədqiqatın metodologiyası :
Çöl tədqiqatları marşrut və stasionar müşahidə üsulları ilə aparılmışdır. Senopopulyasiyalar 1×1 m uçot meydançalarında öyrənilmiş, fərdlər ontogenetik qruplara ayrılmış və sıxlıq hesablanmışdır. Fitosenoloji göstəricilər 100 m²-lik nümunə sahələrində qiymətləndirilmiş, layihə örtüyü, növ zənginliyi və Drude şkalası üzrə bolluq müəyyən edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Əldə edilən nəticələr Oğuz rayonunda seçilmiş Boraginaceae növlərinin lokal senopopulyasiyalarının vəziyyətinin qiymətləndirilməsi, biomüxtəlifliyin öyrənilməsi və gələcək monitorinq tədqiqatları üçün ilkin məlumat bazası kimi istifadə oluna bilər.

Tədqiqatın nəticələri :
Tədqiq edilən lokalitetlərdə fərd sıxlığı 4–12 fərd/m² arasında dəyişmiş, ən yüksək göstərici E. vulgare-də (12 fərd/m²), ən aşağı isə C. officinale-də (4 fərd/m²) qeydə alınmışdır. C. minor-da pre-generativ fərdlər (71,4%), C. officinale-də isə generativ fərdlər (50,0%) üstünlük təşkil etmişdir. Ümumi layihə örtüyü 30–70% olmuş, E. vulgare Cop², C. minor və M. arvensis Cop¹, C. officinale isə Sp bolluq səviyyəsində qeydə alınmışdır.

Tədqiqatın elmi yeniliyi :
Tədqiqatın elmi yeniliyi Oğuz rayonunun seçilmiş lokalitetlərində E. vulgare, C. minor, M. arvensis və C. officinale növlərinin senopopulyasiya və fitosenoloji göstəriciləri kompleks və müqayisəli şəkildə qiymətləndirilmiş, növlər üzrə ilkin məlumat bazası formalaşdırılmışdır.

Açar sözlər : Boraginaceae, Senopopulyasiya, Ontogenetik spektr, Fitosenologiya, Layihə örtüyü

06:10:2026

Автор : Nəsibova Günay Mübariz

DOİ 10.30546/2790-5799.03.2026.656

Номер журнала : 2026-3

Страници статьи в журнале : 42-52

Название исследования :
СТРУКТУРА ЦЕНОПОПУЛЯЦИЙ И ФИТОЦЕНОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ИЗБРАННЫХ ВИДОВ СЕМЕЙСТВА BORAGINACEAE JUSS. В ОГУЗСКОМ РАЙОНЕ

Цель исследования :
Определить онтогенетическую структуру и плотность особей в локальных ценопопуляциях Echium vulgare, Cerinthe minor, Myosotis arvensis и Cynoglossum officinale семейства Boraginaceae Juss., распространённых в Огузском районе, а также провести сравнительную оценку их основных фитоценологических показателей.

Методология исследования :
Полевые исследования проводились маршрутным методом и методом стационарных наблюдений. Ценопопуляции изучались на учётных площадках размером 1×1 м; особи распределялись по онтогенетическим группам и рассчитывалась их плотность. Фитоценологические показатели оценивались на пробных площадях 100 м²; определялись проективное покрытие, видовое богатство и обилие по шкале Друде

Важность исследовательского приложения :
Полученные результаты могут использоваться в качестве исходных данных для оценки состояния локальных ценопопуляций избранных видов Boraginaceae в Огузском районе, изучения биоразнообразия и проведения дальнейших мониторинговых исследований.

Результаты исследования :
Плотность особей в исследованных локалитетах варьировала от 4 до 12 особей/м², при этом наибольшее значение отмечено у E. vulgare (12 особей/м²), а наименьшее – у C. officinale (4 особи/м²). У C. minor преобладали прегенеративные особи (71,4%), а у C. officinale – генеративные особи (50,0%). Общее проективное покрытие составляло 30–70%; E. vulgare отмечен на уровне обилия Cop², C. minor и M. arvensis – Cop¹, а C. officinale – Sp

Научная новизна исследования :
Научная новизна исследования заключается в комплексной и сравнительной оценке ценопопуляционных и фитоценологических показателей E. vulgare, C. minor, M. arvensis и C. officinale в избранных локалитетах Огузского района и формировании исходной базы данных по данным видам.

Ключевые слова : Boraginaceae, ценопопуляция, онтогенетический спектр, фитоценология, проективное покрытие.

06:10:2026

Author : Nəsibova Günay Mübariz

DOİ 10.30546/2790-5799.03.2026.656

Number of journal : 2026-3

Page of article in journal : 42-52

Title of the research :
CENOPOPULATION STRUCTURE AND PHYTOCENOLOGICAL CHARACTERISTICS OF SELECTED SPECIES OF THE FAMILY BORAGINACEAE JUSS. IN OGUZ DISTRICT

The purpose of the research :
To determine the ontogenetic structure and individual density in local cenopopulations of Echium vulgare, Cerinthe minor, Myosotis arvensis and Cynoglossum officinale of the family Boraginaceae Juss. occurring in Oguz district, and to comparatively assess their main phytocenological indicators.

The methodology of the research :
Field studies were conducted using route and stationary observation methods. Cenopopulations were studied in 1×1 m sampling plots; individuals were classified into ontogenetic groups and their density was calculated. Phytocenological indicators were assessed in 100 m² sample plots, and projective cover, species richness and abundance according to the Drude scale were determined.

The practical importance of the research :
The obtained results can be used as baseline data for assessing the state of local cenopopulations of selected Boraginaceae species in Oguz district, studying biodiversity and conducting future monitoring studies.

The results of the research :
Individual density in the studied localities ranged from 4 to 12 individuals/m², with the highest value recorded for E. vulgare (12 individuals/m²) and the lowest for C. officinale (4 individuals/m²). Pre-generative individuals predominated in C. minor (71.4%), whereas generative individuals predominated in C. officinale (50.0%). Total projective cover ranged from 30 to 70%; E. vulgare was recorded at the Cop² abundance level, C. minor and M. arvensis at Cop¹, and C. officinale at the Sp level.

The scientific novelty of research :
The scientific novelty of the study lies in the comprehensive and comparative assessment of the cenopopulation and phytocenological indicators of E. vulgare, C. minor, M. arvensis and C. officinale in selected localities of Oguz district and in the formation of a baseline dataset for these species.

Keywords : Boraginaceae, cenopopulation, ontogenetic spectrum, phytocenology, projective cover.