• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

28:07:2026

Müəllif : Musayev Vüsal Ramiz

DOİ : 10.30546/2790-5799.02.2026.4071

Jurnalın nömrəsi : 2026-2

Mıqalənin jurnalda səhifəsi 30-36

Tədqiqatın adı: BƏSİTÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNDA YAYILMIŞ ŞƏRQ ÇİNARININ (PLATANUS ORİENTALİS L.) EKOLOJİ VƏZİYYƏTİNİN AĞIR METAL GÖSTƏRİCİLƏRİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ

Tədqiqatın məqsədi :
Tədqiqatın məqsədi Bəsitçay Dövlət Təbiət Qoruğunda yayılmış Şərq çinarının (Platanus orientalis L.) yarpaqlarında dəmir (Fe), mis (Cu), sink (Zn) və manqan (Mn) elementlərinin miqdarını müəyyən etmək, onların müxtəlif ərazi qrupları üzrə paylanma xüsusiyyətlərini öyrənmək və əldə olunan göstəricilər əsasında qoruğun ekoloji vəziyyətini qiymətləndirməkdən ibarət olmuşdur.

Tədqiqatın metodologiyası :
Tədqiqatlar 2022-ci ildə Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılmışdır. Qoruğun müxtəlif hissələrini əhatə edən 13 müşahidə nöqtəsindən Şərq çinarının yarpaq nümunələri toplanmışdır. Tədqiqat sahələri ekoloji xüsusiyyətlərinə görə A, B və C qruplarına bölünmüşdür. Nümunələr laboratoriya şəraitində hazırlanmış və Fe, Cu, Zn və Mn elementlərinin konsentrasiyası induktiv əlaqəli plazma-optik emissiya spektrometriyası (ICP-OES) üsulu ilə təyin edilmişdir. Əldə olunan nəticələr beynəlxalq normativ gö

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Əldə olunmuş nəticələr Bəsitçay Dövlət Təbiət Qoruğunda ekoloji monitorinq tədbirlərinin həyata keçirilməsi, relikt çinar meşələrinin mühafizəsi, ətraf mühitin qiymətləndirilməsi və gələcək tədqiqatlar üçün elmi məlumat bazasının formalaşdırılması baxımından praktiki əhəmiyyət daşıyır.

Tədqiqatın nəticələri :
Müəyyən edilmişdir ki, tədqiq olunan bütün elementlər üzrə ən yüksək göstəricilər A qrupunda, ən aşağı göstəricilər isə B qrupunda müşahidə olunmuşdur. Dəmir, mis, sink və manqan elementlərinin konsentrasiyaları bütün qruplarda bitkilər üçün qəbul olunmuş normal diapazonlar daxilində dəyişmiş və heç bir halda toksiklik həddinə çatmamışdır. Nəticələr qoruq ərazisində ağır metal çirklənməsinin təhlükəli səviyyədə olmadığını göstərmişdir.

Tədqiqatın elmi yeniliyi :
İlk dəfə olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun müxtəlif hissələrində yayılmış Şərq çinarı yarpaqlarında Fe, Cu, Zn və Mn elementlərinin məkan üzrə paylanma xüsusiyyətləri müqayisəli şəkildə qiymətləndirilmiş, müxtəlif ekoloji şəraitə malik sahələr arasında fərqlər müəyyən edilmiş və qoruğun mövcud ekoloji vəziyyəti ağır metal göstəriciləri əsasında xarakterizə edilmişdir.

Açar sözlər : Bəsitçay Dövlət Təbiət Qoruğu, Şərq çinarı, ağır metallar ekoloji qiymətləndirmə, Zəngilan rayonu bitki monitorinqi.

28:07:2026

Автор : Musayev Vüsal Ramiz

DOİ 10.30546/2790-5799.02.2026.4071

Номер журнала : 2026-2

Страници статьи в журнале : 30-36

Название исследования :
ОЦЕНКА ЭКОЛОГИЧЕСКОГО СОСТОЯНИЯ ВОСТОЧНОГО ПЛАТАНА (PLATANUS ORİENTALİS L.), ПРОИЗРАСТАЮЩЕГО В БЕСИТЧАЙСКОМ ГОСУДАРСТВЕННОМ ПРИРОДНОМ ЗАПОВЕДНИКЕ, НА ОСНОВЕ ПОКАЗАТЕЛЕЙ ТЯЖЕЛЫХ МЕТАЛЛОВ

Цель исследования :
Целью исследования являлось определение содержания железа (Fe), меди (Cu), цинка (Zn) и марганца (Mn) в листьях восточного платана (Platanus orientalis L.), произрастающего на территории Беситчайского государственного природного заповедника, изучение особенностей их распределения в различных участках территории и оценка экологического состояния заповедника на основе показателей тяжелых металлов.

Методология исследования :
Исследования были проведены в 2022 году на территории Беситчайского государственного природного заповедника. Образцы листьев восточного платана были собраны на 13 стационарных участках. В зависимости от экологических условий территория была разделена на три группы (A, B и C). Содержание Fe, Cu, Zn и Mn определялось методом оптико-эмиссионной спектрометрии с индуктивно связанной плазмой (ICP-OES). Полученные результаты были сопоставлены с международно признанными нормативными показателями.

Важность исследовательского приложения :
Результаты исследования могут быть использованы при проведении экологического мониторинга, разработке мероприятий по охране реликтовых платановых лесов, экологической оценке природных территорий, а также в качестве научной основы для дальнейших исследований.

Результаты исследования :
Установлено, что наиболее высокие значения содержания всех исследованных элементов наблюдались в группе A, тогда как минимальные показатели были зарегистрированы в группе B. Концентрации железа, меди, цинка и марганца находились в пределах нормальных значений для растений и не достигали токсического уровня. Полученные данные свидетельствуют об отсутствии опасного загрязнения территории заповедника тяжелыми металлами.

Научная новизна исследования :
Впервые проведена сравнительная оценка пространственного распределения Fe, Cu, Zn и Mn в листьях восточного платана, произрастающего в различных частях Беситчайского государственного природного заповедника. Выявлены различия между участками с разными экологическими условиями и дана характеристика современного экологического состояния территории на основе показателей тяжелых металлов.

Ключевые слова : Беситчайский государственный природный заповедник, восточный платан, тяжелые металлы, экологическая оценка, Зангиланский район, мониторинг растений.

28:07:2026

Author : Musayev Vüsal Ramiz

DOİ 10.30546/2790-5799.02.2026.4071

Number of journal : 2026-2

Page of article in journal : 30-36

Title of the research :
ASSESSMENT OF THE ECOLOGİCAL CONDİTİON OF ORİENTAL PLANE TREE (PLATANUS ORİENTALİS L.) İN THE BASİTCHAY STATE NATURE RESERVE BASED ON HEAVY METAL INDİCATORS

The purpose of the research :
The purpose of this study was to determine the concentrations of iron (Fe), copper (Cu), zinc (Zn), and manganese (Mn) in the leaves of Oriental plane tree (Platanus orientalis L.) growing in the Basitchay State Nature Reserve, to investigate their distribution across different sampling zones, and to assess the ecological condition of the reserve based on heavy metal indicators.

The methodology of the research :
The research was conducted in 2022 within the Basitchay State Nature Reserve. Leaf samples of Oriental plane tree were collected from 13 monitoring sites located in different parts of the reserve. The study area was divided into three groups (A, B, and C) according to ecological characteristics. The concentrations of Fe, Cu, Zn, and Mn were determined using the Inductively Coupled Plasma Optical Emission Spectrometry (ICP-OES) method. The obtained results were compared with internationally accep

The practical importance of the research :
The obtained results can be used in ecological monitoring programs, conservation of relict plane forests, environmental assessment studies, and as a scientific basis for future ecological research in the reserve.

The results of the research :
The highest concentrations of all analyzed elements were recorded in Group A, while the lowest values were observed in Group B. The concentrations of iron, copper, zinc, and manganese in all samples remained within the normal range for plants and did not reach toxic levels. The results indicate that the reserve is not exposed to hazardous heavy metal contamination.

The scientific novelty of research :
For the first time, the spatial distribution of Fe, Cu, Zn, and Mn in the leaves of Oriental plane trees growing in different parts of the Basitchay State Nature Reserve was comparatively evaluated. Differences among sites with varying ecological conditions were identified, and the current ecological status of the reserve was characterized using heavy metal indicators

Keywords : Basitchay State Nature Reserve, Oriental plane tree, heavy metals, ecological assessment, Zangilan district, plant monitoring.