• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

30:05:2026

Müəllif : Hüseynova Aytən Aydın

DOİ : 10.30546/2790-5799.02.2026.4074

Jurnalın nömrəsi : 2026-2

Mıqalənin jurnalda səhifəsi 24-29

Tədqiqatın adı: BİLDİRÇİNLƏRİN YUMURTALIQ ORQANLARININ XƏSTƏLİKLƏRİNDƏ DƏRMAN BİTKİLƏRİNİN TƏTBİQİ ZAMANI YUMURTALIQ ORQANLARININ MORFOMETRİK GÖSTƏRİCİLƏRİNİN ARAŞDIRILMASI

Tədqiqatın məqsədi :
Bu tədqiqatda Ağ ingilis cinsli bildirçinlərdə yumurtalıq və yumurtalıq yolu xəstəliklərinin profilaktika və müalicəsində dərman bitkilərinin effektivliyi morfometriya üsulu vasitəsilə araşdırılmışdır. Eyni zamanda, dərman bitkilərinin reproduktiv orqanların inkişafına və fizioloji vəziyyətinə təsiri öyrənilmişdir.

Tədqiqatın metodologiyası :
Tədqiqat ADAU-nun Bildirçin Yetişdirmə Tədris Mərkəzində Ağ ingilis cinsli bildirçinlər üzərində aparılmışdır. Təcrübə və nəzarət qrupları formalaşdırılmış, təcrübə qrupuna müəyyən dozada gülümbahar, qadınotu, bədrəng otu və iydə çiçəyindən hazırlanmış dəmləmə verilmişdir. Yumurtalıq və yumurtalıq yolunda baş verən dəyişikliklər MH-200 seriyalı tərəzilərdən istifadə edilməklə morfometrik üsullarla ölçülmüş və qiymətləndirilmişd

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqatın tədbiqi əhəmiyyəti ondan ibarətdir ki, bildirçinlərdə yumurtalıq xəstəliklərinin profilaktikası və müalicəsi antibiotik və hormonal preparatlardan istifadə edilmədən dərman bitkiləri vasitəsilə həyata keçirilə bilər. Bu üsul xəstəlik hallarının azalmasına və yüksək keyfiyyətli yumurta istehsalının artmasına şərait yaradaraq quşçuluq təsərrüfatlarının iqtisadi səmərəliliyini yüksəldə bilər.

Tədqiqatın nəticələri :
Tədqiqatın nəticələri göstərmişdir ki, dərman bitkiləri tətbiq olunan bildirçinlərdə yumurtalıq və yumurtalıq yolunun ölçü və çəki göstəriciləri nəzarət qrupu ilə müqayisədə daha yüksək olmuşdur. Təcrübə qrupunda xəstəliklərin və anormal yumurtaların sayı azalmış, yumurtlamaya daha erkən başlanılmış və ümumi yumurta məhsuldarlığı yüksəlmişdir.

Tədqiqatın elmi yeniliyi :
Azərbaycanda ilk dəfə olaraq geniş yayılmış dərman bitkilərinin bildirçinlərdə yumurtalıq xəstəliklərinin profilaktika və müalicəsində effektivliyi morfometrik göstəricilər əsasında müəyyən edilmişdir. Həmçinin, morfometriya üsulunun profilaktik və müalicəvi tədbirlərin qiymətləndirilməsində effektiv metod olduğu sübut edilmişdir.

Açar sözlər : bildirçin, yumurtalıq, yumurtalıq yolu, xəstəlik, müalicə, dərman bitkiləri, morfometriya

30:05:2026

Автор : Hüseynova Aytən Aydın

DOİ 10.30546/2790-5799.02.2026.4074

Номер журнала : 2026-2

Страници статьи в журнале : 24-29

Название исследования :
ИССЛЕДОВАНИЕ МОРФОМЕТРИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ ЯИЧНИКОВ У ПЕРЕПЕЛОВ ПРИ ИСПОЛЬЗОВАНИИ ЛЕКАРСТВЕННЫХ РАСТЕНИЙ ДЛЯ ЛЕЧЕНИЯ ЗАБОЛЕВАНИЙ ЯИЧНИКОВ

Цель исследования :
В данном исследовании с использованием морфометрического метода была изучена эффективность лекарственных растений в профилактике и лечении заболеваний яичников и яйцеводов у перепелов породы Белый английский. Одновременно было исследовано влияние лекарственных растений на развитие и физиологическое состояние репродуктивных органов.

Методология исследования :
Исследование проводилось на перепелах породы Белый английский в Учебном центре по разведению перепелов ADAU. Были сформированы опытная и контрольная группы, при этом опытной группе в определённых дозах вводили настой, приготовленный из календулы, подмаренника, мелиссы и цветков лоха. Изменения, происходящие в яичниках и яйцеводах, измерялись и оценивались морфометрическими методами с использованием весов серии MH-200.

Важность исследовательского приложения :
Практическая значимость исследования заключается в том, что профилактика и лечение заболеваний яичников у перепелов могут осуществляться с применением лекарственных растений без использования антибиотиков и гормональных препаратов. Данный метод способен повысить экономическую эффективность птицеводческих хозяйств за счёт снижения уровня заболеваемости и увеличения производства высококачественных яиц.

Результаты исследования :
Результаты исследования показали, что у перепелов, получавших лекарственные растения, морфометрические показатели, включая размеры и массу яичников и яйцеводов, были выше по сравнению с контрольной группой. В опытной группе снизилось количество заболеваний и аномальных яиц, яйцекладка начиналась раньше, а общая яйценоскость повысилась.

Научная новизна исследования :
Впервые в Азербайджане эффективность широко распространённых лекарственных растений в профилактике и лечении заболеваний яичников у перепелов была определена на основе морфометрических показателей. Кроме того, было доказано, что морфометрический метод является эффективным подходом для оценки профилактических и лечебных мероприятий.

Ключевые слова : перепел, яичник, яйцевод, заболевание, лечение, лекарственные растения, морфометрия

30:05:2026

Author : Hüseynova Aytən Aydın

DOİ 10.30546/2790-5799.02.2026.4074

Number of journal : 2026-2

Page of article in journal : 24-29

Title of the research :
STUDY OF OVARIAN MORPHOMETRIC PARAMETERS IN QUAILS FOLLOWING THE USE OF MEDICINAL PLANTS FOR THE TREATMENT OF OVARIAN DISEASES

The purpose of the research :
This study investigated the effectiveness of medicinal plants in preventing and treating ovarian and oviduct diseases in White English breed quails using the morphometric method. Additionally, the effects of medicinal plants on the development and physiological condition of the reproductive organs were examined.

The methodology of the research :
The study was conducted on White English breed quails at the Quail Breeding Training Center of ADAU. Experimental and control groups were formed, and the experimental group was given an infusion of calendula, lady’s bedstraw, balm herb, and oleaster flowers at specific doses. Changes in the ovaries and oviducts were measured and evaluated using morphometric methods with the aid of MH-200 series scales

The practical importance of the research :
The practical significance of the research is that the prevention and treatment of ovarian diseases in quails can be achieved through the use of medicinal plants, eliminating the need for antibiotics or hormonal preparations. This method may improve the economic efficiency of poultry farms by reducing disease incidence and increasing the production of high-quality eggs.

The results of the research :
Research findings revealed that quails treated with medicinal plants exhibited higher morphometric parameters, including ovarian and oviduct size and weight, compared to the control group. In the experimental group, the incidence of diseases and abnormal eggs decreased, egg laying began earlier, and overall egg production increased.

The scientific novelty of research :
The scientific novelty of the research lies in the fact that, for the first time in Azerbaijan, the effectiveness of widely available medicinal plants in the prevention and treatment of ovarian diseases in quails was determined based on morphometric indicators. The study also proved that the morphometric method is an effective approach for evaluating preventive and therapeutic measures.

Keywords : quail, ovary, oviduct, disease, treatment, medicinal plants, morphometry.