Müəllif : Bağırlı Emil Elçin
25:02:2026
Müəllif : Bağırlı Emil Elçin
DOİ : 10.30546/2790-5799.01.2026.1070
Jurnalın nömrəsi : 2026-1
Mıqalənin jurnalda səhifəsi 212-218
Tədqiqatın adı: NİYƏ BƏZİ ÖLKƏLƏR DAHA SÜRƏTLƏ İNKİŞAF EDİR? MƏHSULDARLIQ (TFP) FƏRQLƏRİNİN ÖLKƏLƏRARASI MÜQAYİSƏSİ
Tədqiqatın məqsədi :
Müxtəlif inkişaf səviyyələrinə malik ölkələr arasındakı ümumi faktor məhsuldarlığı (TFP) fərqlərinin əsas səbəblərini araşdırmaq və bu fərqlərin iqtisadi inkişaf templərinə təsirini müasir ekonometrik metodlarla hərtərəfli təhlil etməkdir
Tədqiqatın metodologiyası :
Məqalədə Penn World Table 11.0 verilənlər bazasından istifadə edilərək, 2000-2023-cü illər üçün seçilmiş ölkələrin TFP göstəriciləri müqayisəli şəkildə təhlil olunmuşdur. Çoxdəyişənli reqressiya analizi və inkişaf uçotu (development accounting) metodları ardıcıl olaraq tətbiq edilmişdir
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqatın nəticələri ölkələrin iqtisadi inkişaf strategiyalarının formalaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlik siyasət tövsiyələrinin hazırlanmasına əhəmiyyətli töhfə verə bilər. Xüsusilə, institusional islahatlar, insan kapitalına investisiyalar və texnoloji inkişafın strateji əhəmiyyəti ayrıca vurğulanmışdır.
Tədqiqatın nəticələri :
Aparılmış tədqiqat göstərir ki, ölkələrarası gəlir fərqlərinin 60%-dən çoxu məhz TFP fərqləri ilə izah olunur. İnkişaf etmiş ölkələr (ABŞ, Hollandiya, Norveç) ilə inkişaf etməkdə olan ölkələr arasında TFP səviyyəsində 3-4 dəfə fərq müşahidə edilmişdir. Güclü institutlar, yüksək insan kapitalı və texnoloji innovasiya TFP-nin əsas müəyyənediciləri kimi təsdiqlənmişdir.
Tədqiqatın elmi yeniliyi :
Tədqiqatın əsas elmi yeniliyi ondadır ki, Penn World Table-ın ən son versiyasından istifadə edilərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qrupları arasında TFP konvergensiyası və divergensiyası prosesləri ilk dəfə sistematik və ardıcıl ekonometrik metodlarla ətraflı təhlil edilmişdir. Bu baxımdan məhsuldarlıq əviyyəsindəki fərqlərin ölkələrin iqtisadi inkişaf səviyyələri arasındakı fərqə necə təsir
etdiyi aydınlaşdırılacaqdır.
Açar sözlər : Ümumi faktor məhsuldarlığı, TFP, İqtisadi inkişaf, İnstitutlar, İnsan kapitalı
25:02:2026
Автор : Bağırlı Emil Elçin
DOİ 10.30546/2790-5799.01.2026.1070
Номер журнала : 2026-1
Страници статьи в журнале : 212-218
Название исследования :
ПОЧЕМУ НЕКОТОРЫЕ СТРАНЫ РАЗВИВАЮТСЯ БЫСТРЕЕ? МЕЖСТРАНОВОЕ СРАВНЕНИЕ РАЗЛИЧИЙ В СОВОКУПНОЙ ФАКТОРНОЙ ПРОИЗВОДИТЕЛЬНОСТИ (СФП)
Цель исследования :
Изучить причины различий в совокупной факторной производительности (СФП) между странами с разным уровнем развития и проанализировать влияние этих различий на темпы экономического роста с применением современных эконометрических методов.
Методология исследования :
В статье на основе базы данных Penn World Table 11.0 проведён сравнительный анализ показателей СФП отобранных стран за 2000–2023 годы. Последовательно применялись методы многомерного регрессионного анализа и учёта развития (development accounting)
Важность исследовательского приложения :
Результаты исследования могут внести существенный вклад в формирование стратегий экономического развития стран и разработку политических рекомендаций, направленных на повышение производительности. Особо подчёркивается стратегическая роль институциональных реформ, инвестиций в человеческий капитал и технологического развития
Результаты исследования :
Проведённое исследование показывает, что более 60% различий в доходах между странами объясняется именно различиями в СФП. Между развитыми странами (США, Нидерланды, Норвегия) и развивающимися странами зафиксирован разрыв в уровне СФП в 3–4 раза. Сильные институты, высокий человеческий капитал и технологические инновации подтверждены в
качестве основных детерминант СФП.
Научная новизна исследования :
Основная научная новизна исследования состоит в том, что с использованием последней версии Penn World Table процессы конвергенции и дивергенции СФП между группами развитых и развивающихся стран впервые систематически и последовательно проанализированы с применением эконометрических методов
Ключевые слова : совокупная факторная производительность, СФП, экономическое развитие, институты, человеческий капитал
25:02:2026
Author : Bağırlı Emil Elçin
DOİ 10.30546/2790-5799.01.2026.1070
Number of journal : 2026-1
Page of article in journal : 212-218
Title of the research :
WHY DO SOME COUNTRIES DEVELOP FASTER? A CROSS-COUNTRY COMPARISON OF TOTAL FACTOR PRODUCTIVITY (TFP) DIFFERENCES
The purpose of the research :
To investigate the causes of total factor productivity (TFP) differences between countries at varying levels of development and to comprehensively analyze the impact of these differences on economic growth rates using modern econometric methods.
The methodology of the research :
Using the Penn World Table 11.0 database, the TFP indicators of selected countries were comparatively analyzed for the period 2000–2023. Multiple regression analysis and development accounting methods were applied sequentially throughout the study.
The practical importance of the research :
The study's findings can make a meaningful contribution to the formulation of economic development strategies and the preparation of policy recommendations aimed at enhancing productivity. In particular, the strategic importance of institutional reforms, investments in human capital, and technological advancement is emphasized.
The results of the research :
The study demonstrates that more than 60% of cross-country income differences are explained by TFP disparities. A 3–4 fold gap in TFP levels was observed between developed countries (USA, Netherlands, Norway) and developing economies. Strong institutions, high human capital, and technological innovation were confirmed as the primary determinants of TFP.
The scientific novelty of research :
The principal scientific novelty of the study lies in the fact that, utilizing the most recent version of the Penn World Table, the processes of TFP convergence and divergence between groups of developed and developing countries have been systematically and rigorously analyzed using econometric methods for the first time
Keywords : Total Factor Productivity, TFP, Economic Development, nstitutions, Human Capital