Müəllif : Əhmədov Ayhan Hədis
15:12:2025
Müəllif : Əhmədov Ayhan Hədis
DOİ : 10.30546/2790-5799.4.2025.4017
Jurnalın nömrəsi : 2025-4
Mıqalənin jurnalda səhifəsi 51-56
Tədqiqatın adı: FINDIĞIN GÜNƏŞ VƏ KÖLGƏ ŞƏRAİTİNDƏ NƏMLİK İTKİSİNİN DİNAMİKASI
Tədqiqatın məqsədi :
Tədqiqatın məqsədi fındığın müxtəlif qurudulma şəraitində nəmlik itkisinin dinamikasını öyrənməkdir. Burada günəş və kölgədə qurudulma üsullarının effektivliyi müqayisə olunmuş və yerli “Ata-baba” sortu ilə yanaşı müxtəlif genotiplərin nəmlik itkisi dinamikası araşdırılmışdır.
Tədqiqatın metodologiyası :
Nümunələr Qax rayonunun Ləkit kəndində yerləşən bağlardan götürülmüşdür.Genotip 1 yalnız kölgədə, genotip 2 yalnız günəşdə, “Ata-baba” isə hər iki şəraitdə qurudulmuşdur. Fındıqlar gün ərzində iki dəfə ayrıca çəkilmiş, sabit çəki əldə olunana qədər proses davam etdirilmiş və nəmlik itkisi faizlə hesablanmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqatın nəticələri istehsalçılara fındığın keyfiyyətini qorumaq, biokimyəvi dəyişikliklərin qarşısını almaq və itkiləri minimuma endirmək üçün düzgün qurudulma üsulunun seçilməsində praktik tövsiyələr verir.
Tədqiqatın nəticələri :
Günəşdə qurudulan nümunələr 5–6 gün ərzində sabit çəkiyə çatmış, kölgədə isə proses daha uzun çəkmişdir. Nəmlik itkisi 19,33% (genotip 1, kölgə) ilə 27,94% (“Ata-baba”, günəş) arasında dəyişmişdir. İlkin quruma sürəti günəşdə daha yüksək olmuşdur ki, bu da mühit və genotip amillərinin təsirini göstərir.
Tədqiqatın elmi yeniliyi :
Azərbaycanda ilk dəfə olaraq fındıqların qurudulma şəraiti və genotip amilinin nəmlik itkisinə təsiri sistemli şəkildə müqayisə edilmişdir.
Açar sözlər : Fındıq, Nəmlik itkisi, Qurudulma üsulları, Ata-Baba sortu, Genotiplər
15:12:2025
Автор : Əhmədov Ayhan Hədis
DOİ 10.30546/2790-5799.4.2025.4017
Номер журнала : 2025-4
Страници статьи в журнале : 51-56
Название исследования :
ДИНАМИКА ПОТЕРИ ВЛАГИ У ФУНДУКА ПРИ УСЛОВИЯХ СУШКИ НА СОЛНЦЕ И В ТЕНИ
Цель исследования :
Целью исследования было изучение динамики потери влаги у фундука при разных условиях сушки. Работа направлена на сравнение эффективности сушки на солнце и в тени, а также на выявление реакций различных генотипов, включая местный сорт «Ата-баба»
Методология исследования :
Образцы сорта «Ата-баба» и двух генотипов были собраны в селе Лекит (Гахский район, Азербайджан). Генотип 1 сушился только в тени, генотип 2 — только на солнце, а сорт «Ата-баба» — в обоих вариантах. Орехи взвешивались дважды в день до достижения постоянного веса, и рассчитывалась потеря влаги в процентах.
Важность исследовательского приложения :
Полученные результаты дают практические рекомендации производителям по выбору оптимального метода сушки для сохранения качества ядра, предотвращения биохимических изменений и сокращения потерь.
Результаты исследования :
При сушке на солнце орехи достигали постоянного веса за 5–6 дней, тогда как в тени процесс занимал больше времени. Общая потеря влаги составила от 19,33% (генотип 1, тень) до 27,94% («Ата-баба», солнце). Скорость начальной сушки была выше на солнце, что указывает на влияние как условий среды, так и генотипа
Научная новизна исследования :
Впервые в Азербайджане проведено системное сравнение влияния условий сушки и генотипа на потерю влаги у фундука.
Ключевые слова : Фундук, Потеря влаги, Методы сушки, Сорт Ата-Баба, Генотипы
15:12:2025
Author : Əhmədov Ayhan Hədis
DOİ 10.30546/2790-5799.4.2025.4017
Number of journal : 2025-4
Page of article in journal : 51-56
Title of the research :
MOISTURE LOSS DYNAMICS IN HAZELNUTS UNDER SUN AND SHADE CONDITIONS
The purpose of the research :
The research aimed to investigate the dynamics of moisture loss in hazelnuts under different drying conditions. The goal was to compare the effectiveness of sun and shade drying and to analyze how different genotypes, including the local ‘Ata-baba’ cultivar, respond to these treatments
The methodology of the research :
Hazelnut samples (‘Ata-baba’ and two genotypes) were collected from orchards in Lekit village, Gakh district of Azerbaijan. Drying treatments were arranged so that genotype 1 was dried only in shade, genotype 2 only in sunlight, and ‘Ata-baba’ under both conditions. Nuts were weighed individually twice daily until a constant weight was achieved, and percentage moisture loss was calculated.
The practical importance of the research :
The study provides practical recommendations for hazelnut producers to choose effective drying methods that minimize biochemical deterioration and preserve kernel quality.
The results of the research :
Sun drying was significantly more effective, with nuts reaching constant weight within 5–6 days, while shade drying required longer. Total moisture reduction ranged from 19.33% in genotype 1 (shade) to 27.94% in ‘Ata-baba’ (sun). Initial drying rates were also higher under sun conditions, highlighting both environmental and genetic influences.
The scientific novelty of research :
This is the first comparative study in Azerbaijan that systematically evaluates the combined effect of drying conditions and genotype on hazelnut moisture loss.
Keywords : Hazelnut, Moisture loss, Drying methods, Ata-Baba cultivar, Genotypes