• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

30:10:2025

Müəllif : Bilal Ülvi Elçin oğlu

DOİ : 10.30546/2790-5799.3.2025.3042

Jurnalın nömrəsi : 2025-3

Mıqalənin jurnalda səhifəsi 96-108

Tədqiqatın adı: AZƏRBAYCANIN QİDA SƏNAYESİ: MÖVCUD DURUM VƏ ƏSAS İSTEHSALÇILARIN RƏQABƏTLİLİK MEYLLƏRİ

Tədqiqatın məqsədi :
Bu tədqiqatın əsas məqsədi Azərbaycanın qida sənayesində mövcud vəziyyətin təhlili, əsas istehsalçı şirkətlərin fəaliyyət istiqamətləri və onların rəqabətqabiliyyətlilik meyllərinin araşdırılmasıdır. Tədqiqat həmçinin bu sahədəki inkişaf imkanlarını və problemləri üzə çıxarmağı hədəfləyir.

Tədqiqatın metodologiyası :
Tədqiqatda həm kəmiyyət (statistik məlumatların təhlili), həm də keyfiyyət (müqayisəli və deskriptiv analiz) metodlarından istifadə olunmuşdur. Məlumatlar Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi və aparıcı qida sənayesi şirkətlərinin hesabatları əsasında toplanmış, SWOT analizi və Porter-in beş qüvvə modeli ilə təhlil aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqatın nəticələri qida sənayesində fəaliyyət göstərən müəssisələr üçün rəqabət strategiyalarının formalaşdırılmasında, dövlət qurumları üçün isə sektorun inkişafına yönəlik siyasətlərin hazırlanmasında faydalı ola bilər. Həmçinin, investorlar və biznes analitikləri üçün də sektorun potensialını dəyərləndirmək baxımından önəmlidir.

Tədqiqatın nəticələri :
Tədqiqat göstərmişdir ki, Azərbaycanın qida sənayesi son illərdə inkişaf etsə də, yerli istehsalın bəzi sahələrində xarici məhsullarla rəqabət aparmaqda çətinliklər mövcuddur. Əsas istehsalçılar arasında rəqabətlilik daha çox texnoloji yeniliklərə uyğunlaşma, logistika imkanları və markalaşma strategiyalarından asılıdır. İdxal asılılığı bəzi alt sektorlarda hələ də yüksək olaraq qalır

Tədqiqatın elmi yeniliyi :
Bu tədqiqat Azərbaycanda qida sənayesinin rəqabətqabiliyyətlilik meyllərini sistemli şəkildə analiz edən azsaylı işlərdən biridir. Elmi yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq yerli istehsalçıların fəaliyyətləri kompleks şəkildə qiymətləndirilərək sektoral rəqabətlilik indikatorları təklif olunmuşdur.

Açar sözlər : Azərbaycan, qida sənayesi, rəqabətqabiliyyətlilik istehsalçılar sənaye analizi, SWOT, idxal, daxili bazar

30:10:2025

Автор : Bilal Ülvi Elçin oğlu

DOİ 10.30546/2790-5799.3.2025.3042

Номер журнала : 2025-3

Страници статьи в журнале : 96-108

Название исследования :

Цель исследования :

Методология исследования :

Важность исследовательского приложения :

Результаты исследования :

Научная новизна исследования :

Ключевые слова :

30:10:2025

Author : Bilal Ülvi Elçin oğlu

DOİ 10.30546/2790-5799.3.2025.3042

Number of journal : 2025-3

Page of article in journal : 96-108

Title of the research :

The purpose of the research :

The methodology of the research :

The practical importance of the research :

The results of the research :

The scientific novelty of research :

Keywords :