• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

29:10:2025

Müəllif : Rüstəmov Famil Vəli oğlu

DOİ : 10.30546/2790-5799.3.2025.3025

Jurnalın nömrəsi : 2025-3

Mıqalənin jurnalda səhifəsi 42-55

Tədqiqatın adı: AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATINA AYRILAN SUBSİDİYALARIN EFFEKTİVLİYİNİN ARTIRILMASI İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi :
Tədqiqatın əsas məqsədi kənd təsərrüfatında subsidiyaların mahiyyətini, növlərini və tətbiq mexanizmlərini araşdırmaq, Azərbaycanda son illərdə həyata keçirilən subsidiyalaşma siyasətini təhlil edərək, onun effektivliyini qiymətləndirmək və təkmilləşdirmə istiqamətləri üzrə təkliflər irəli sürməkdir.

Tədqiqatın metodologiyası :
Tədqiqat analitik və müqayisəli təhlil metodlarından istifadə etməklə aparılmış, normativ-hüquqi baza, dövlət statistika komitəsinin məlumatları və aqrar sahədə mövcud subsidiyalaşma mexanizmləri təhlil edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Təklif olunan tövsiyələr subsidiyaların daha səmərəli istifadəsinə, dövlət büdcəsinin məqsədyönlü bölüşdürülməsinə və kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsində optimal mexanizmlərin tətbiqinə töhfə verə bilər.

Tədqiqatın nəticələri :
Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycanda kənd təsərrüfatı subsidiyalarının həcmi və əhatə dairəsi artmasına baxmayaraq, bu dəstəyin nəticəliliyi hələ də istənilən səviyyədə deyil. Yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı bəzi qeyri-müəyyənliklər və suallar mövcuddur. Subsidiyaların daha effektiv idarə olunması üçün konkret təkliflər irəli sürülmüşdür.

Tədqiqatın elmi yeniliyi :
Tədqiqatda 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminin və 2025-ci ildə edilən dəyişikliklərin (məhsul siyahısının genişləndirilməsi, əkin əmsallarının artırılması və s.) əhatəli təhlili aparılmışdır. Bununla yanaşı, yaşıl subsidiya təşəbbüsləri və Aqrar Subsidiya Şurasının fəaliyyəti də ilk dəfə olaraq bu səviyyədə sistemli şəkildə qiymətləndirilmişdir.

Açar sözlər : subsidiyalar, kənd təsərrüfatı, dövlət dəstəyi, subsidiya mexanizmi, əkin əmsalları, yaşıl subsidiya, Aqrar Subsidiya Şurası

29:10:2025

Автор : Rüstəmov Famil Vəli oğlu

DOİ 10.30546/2790-5799.3.2025.3025

Номер журнала : 2025-3

Страници статьи в журнале : 42-55

Название исследования :

Цель исследования :

Методология исследования :

Важность исследовательского приложения :

Результаты исследования :

Научная новизна исследования :

Ключевые слова :

29:10:2025

Author : Rüstəmov Famil Vəli oğlu

DOİ 10.30546/2790-5799.3.2025.3025

Number of journal : 2025-3

Page of article in journal : 42-55

Title of the research :

The purpose of the research :

The methodology of the research :

The practical importance of the research :

The results of the research :

The scientific novelty of research :

Keywords : 10.30546/2790-5799.3.2025.3025