Müəllif : Adilov Afiq Əhməd
14:10:2025
Müəllif : Adilov Afiq Əhməd
DOİ : 10.30546/2790-5799.3.2025.3021
Jurnalın nömrəsi : 2025-3
Mıqalənin jurnalda səhifəsi 36-41
Tədqiqatın adı: XİNDOQNI ÜZÜM SORTUNDAN HAZIRLANMIŞ SÜFRƏ ŞƏRABININ KEYFİYYƏT XÜSUSİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Tədqiqatın məqsədi :
Bu tədqiqatın əsas məqsədi Azərbaycanın yerli üzüm sortlarından olan Xindoqnının şərabçılıq sahəsindəki potensialını qiymətləndirmək və onun texnoloji göstəricilərini öyrənməkdən ibarətdir. Araşdırma bu sortun sənaye miqyasında şərab istehsalında istifadəyə yararlılığını obyektiv şəkildə dəyərləndirməyi
Tədqiqatın metodologiyası :
Fermentasiya prosesi 28°C temperaturda, VR 44 termotolerant şərab mayası ilə həyata keçirilmişdir. Nəticədə alınan şərab nümunələrinin fiziki-kimyəvi parametrləri, o cümlədən spirt miqdarı, ümumi turşuluq, pH və şəkər qalığı təhlil edilmiş, eyni zamanda fenol birləşmələrinin ümumi tərkibi və antioksidant aktivlik səviyyəsi müəyyən olunmuşdur
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqat nəticələri Xindoqnı sortunun yüksək keyfiyyətli şərab alınması üçün əlverişli texnoloji göstəricilərə malik olduğunu göstərir ki, bu da onun yerli və beynəlxalq bazarlarda tanıdılması və sənaye miqyasında istifadəsi baxımından əhəmiyyətlidir.
Tədqiqatın nəticələri :
Hazırlanan şərab nümunələri dad keyfiyyəti üzrə 85–89 bal arası qiymətləndirilmiş, fenol tərkibi və antioksidant aktivlik səviyyəsi yüksək olmuşdur.
Tədqiqatın elmi yeniliyi :
İlk dəfə olaraq, Xindoqnı üzüm sortunun şərabçılıq üçün texnoloji və kimyəvi üstünlükləri sistemli şəkildə araşdırılmışdır
Açar sözlər : Xindoqnı, texniki üzüm, şərab istehsalı, fenol maddələr, antioksidant aktivlik
14:10:2025
Автор : Adilov Afiq Əhməd
DOİ 10.30546/2790-5799.3.2025.3021
Номер журнала : 2025-3
Страници статьи в журнале : 36-41
Название исследования :
Цель исследования :
Методология исследования :
Важность исследовательского приложения :
Результаты исследования :
Научная новизна исследования :
Ключевые слова :
14:10:2025
Author : Adilov Afiq Əhməd
DOİ 10.30546/2790-5799.3.2025.3021
Number of journal : 2025-3
Page of article in journal : 36-41
Title of the research :
The purpose of the research :
The methodology of the research :
The practical importance of the research :
The results of the research :
The scientific novelty of research :
Keywords :