• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

12:09:2025

Müəllif : Yusifova Günay Mehman

DOİ : 10.30546/2790-5799.3.2025.3005

Jurnalın nömrəsi : 2025-3

Mıqalənin jurnalda səhifəsi 19-25

Tədqiqatın adı: DƏNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ İLƏ QLİADİN BLOK KOMPONENTLƏRİNİN ƏLAQƏSİNİN TƏDQİQİ

Tədqiqatın məqsədi :
Əsas məqsədimiz hibrid bitkilərin 1A, 1B və 1D xromosomlarında yerləşən genlərin kodlaşdırdığı qliadin allel blok komponentlərinin dənin keyfiyyət göstəricilərinə təsirini müəyyən etmək olmuşdur.

Tədqiqatın metodologiyası :
Tədqiqatın materialı qliadin formulu məlum olan yerli yumşaq buğda sortları Mətin, Əsgəran, Onur, Qırmızı gül-1 və onların çarpazlaşdırılmasından alınan kombinasiyaların F3 nəsil hibrid xətləri olmuşdur. Valideyn forması kimi götürülmüş sortların və hibrid xətlərdə dənin keyfiyyət göstəricilərinin (1000 dənin kütləsi, şüşəvarilik, dəndə zülal miqdarı, sedimentasiya) analizi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasında, qlidin zülallarının elektroforez analizi isə Gen

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Qliadin formulunda Gli 1A5, Gli 1A4 və Gli 1B1 blok komponentləri olan sortlardan çarpazlaşmada istifadə etməklə və bu bloklara sahib olan hibrid xətləri seçməklə yüksək dən keyfiyyətinə malik sortlar yaradıla bilər. Nisbətən aşağı şüşəvariliyə malik sortların yaradılması zamanı Gli 1A9, Gli 1B3 və Gli 1B6 qliadin blok komponentlərindən, 1000 dənin kütləsi yüksək olan sortların yaradılması zamanı isə qliadin formulunda Gli 1B3 və Gli 1B6 blok komponenti olan xətlərdən istifadə etmək olar.

Tədqiqatın nəticələri :
Tədqiqatlar zamanı məlum olmuşdur ki, yumşaq buğda sortlarında keyfiyyət göstəriciləri ilə qliadin 1A, 1B və 1D xromosomlarda yerləşən genlərin kodlaşdırdığı qliadin blok komponentləri arasında mühüm əlaqə mövcuddur. Bitkinin qliadin formulunda Gli 1A4, Gli 1A5 və Gli 1B1 blok komponentləri olduqda həm dənin texnoloji göstəriciləri, həm də çörəkbişirmə keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir. Əksinə, Gli 1A9, Gli 1B3 və Gli 1B6 qliadin blok komponentləri aşağı dən keyfiyyətinin formalaşmasına s

Tədqiqatın elmi yeniliyi :
Mətin × Əsgəran və Onur × Qırmızı gül-1 kombinasiyaları üzrə F3 nəsil hibrid bitkilərin qliadin formulları və 1000 dənin kütləsi, şüşəvarilik, dəndə zülalın miqdarı və sedimentasiya göstəriciləri tədqiq olunmuşdur. Yüksək keyfiyyət göstəricilərinə görə fərqlənən hibrid xətlər gələcəkdə yeni sortların alınması üçün seleksiya proqramlarına daxil edilmişdir

Açar sözlər : yumşaq buğda, hibrid, dənin keyfiyyəti, e elektroforez, qliadin kodlaşdıran lokuslar.

12:09:2025

Автор : Yusifova Günay Mehman

DOİ 10.30546/2790-5799.3.2025.3005

Номер журнала : 2025-3

Страници статьи в журнале : 19-25

Название исследования :

Цель исследования :

Методология исследования :

Важность исследовательского приложения :

Результаты исследования :

Научная новизна исследования :

Ключевые слова :

12:09:2025

Author : Yusifova Günay Mehman

DOİ 10.30546/2790-5799.3.2025.3005

Number of journal : 2025-3

Page of article in journal : 19-25

Title of the research :

The purpose of the research :

The methodology of the research :

The practical importance of the research :

The results of the research :

The scientific novelty of research :

Keywords :