• ISSN: 2310-4104
  • ISSN-L: 2790-5799



PDF

12:08:2025

Müəllif : Həsənova Ləzifə Ələkbər

DOİ : 10.30546/2790-5799.3.2025.3050

Jurnalın nömrəsi : 2025-3

Mıqalənin jurnalda səhifəsi 119-125

Tədqiqatın adı: MÜASİR MARKETİNQİN QİDA SEKTORUNDA YERİ: MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR

Tədqiqatın məqsədi :
Sürətlə inkişaf edən qida sektorunda müasir marketinqin tətbiqi davamlı inkişaf və rəqabət üstünlüyü üçün ən uyğun alət hesab olunur. Son zamanlar sosial medianın, qablaşdırma estetikasının və dayanıqlıq yönümlü təşviqin uzunmüddətli istehlakçı münasibətlərinin inkişafında roluna xüsusi diqqət yetirilir. Ona görə də bu məqalədə istehlakçıya yönəlmiş, rəqəmsal innovasiya və data analitikasına əsaslanan müasir marketinq təcrübələrinin qida sənayesinin dinamikasını necə yenidən formalaşdırdığı araş

Tədqiqatın metodologiyası :
Marketinqin qida sektorunda tətbiqində özünəxas xüsusiyyətlər nəzərə alınmış və təhlil edilmişdir. Ümumidən xüsusiyə doğru tədqiqat aparılmışdır. Təhlildə həmçinin qablaşdırma, və etik ünsiyyətin istehlakçı qavrayışlarının formalaşmasında rolunu nəzərdən keçirmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti :
Etik marketinqin prinsiplərini nəzərə almaqla, emosional marketinqi tətbiq etmək istehlakçı inamının qazanılmasına nail olmaq olar. Sosial medianın artan rolu ilə marka tanınması və müştəri bazasının formalaşması müəssisələr üçün istehsaldan istehlaka dəyər zəncirini möhkəmləndirilməsinə xidmət edir.

Tədqiqatın nəticələri :
Məlum olmuşdur ki, qida sektorunda marketinqin tətbiqində etik prinsiplər, rəqəmsal platformalardan istifadə ilə müştərilərlə əlaqə qurulması bazarda mövqeyi gücləndirməyə gətirib çıxarır. Emosional marketinqin tətbiqi istehlakçıların qərarvermə prosesinə təsir göstərərək marka ilə emosional bağın formalaşmasına, qablaşdırma isə davamlı inkişafla uzlaşaraq sektorun inkişafına və bazarda fərqlənməsinə töhfə verir

Tədqiqatın elmi yeniliyi :
Qida sektoru həm də sağlamlığa birbaşa təsir etdiyi üçün, marketinqdə etik prinsiplərin əməl etməklə, istər rəqəmsal, istərsə də ənənəvi marketinqdə vacibliyi vurğulanmışdır. Bu araşdırma bu sahəyə yeni nəzəri və praktiki perspektiv gətirməklə, müasir marketinqin qida təhlükəsizliyi, istehlakçıların maarifləndirilməsi və qida məhsulların araşdırılmasında strateji rol oynaya biləcəyini göstərmişdir. İstehsal – istehlak zəncirində müəssisələrin marketinq və məhsul strategiyası bu ünsürlər nəzərə a

Açar sözlər : Qida sektoru, Emosional marketinq, Qablaşdırma, Sosial media marketinqi

12:08:2025

Автор : Həsənova Ləzifə Ələkbər

DOİ 10.30546/2790-5799.3.2025.3050

Номер журнала : 2025-3

Страници статьи в журнале : 119-125

Название исследования :

Цель исследования :

Методология исследования :

Важность исследовательского приложения :

Результаты исследования :

Научная новизна исследования :

Ключевые слова :

12:08:2025

Author : Həsənova Ləzifə Ələkbər

DOİ 10.30546/2790-5799.3.2025.3050

Number of journal : 2025-3

Page of article in journal : 119-125

Title of the research :

The purpose of the research :

The methodology of the research :

The practical importance of the research :

The results of the research :

The scientific novelty of research :

Keywords :