Müəllif : Ağacanova Günel Yaşar
12:08:2025
Müəllif : Ağacanova Günel Yaşar
DOİ : 10.30546/2790-5799.3.2025.3010
Jurnalın nömrəsi : 2025-3
Mıqalənin jurnalda səhifəsi 26-35
Tədqiqatın adı: LOGİSTİKA SEKTORUNDA XİDMƏT KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ: YÜKDAŞIMA MODELLƏRİNİN TOPSİS METODU İLƏ SEÇİMİ
Tədqiqatın məqsədi :
Logistika sektorunda xidmət keyfiyyətinin ölçülməsi və müştərilərin gözləntiləri ilə bazar tələblərinə uyğun yükdaşıma modellərinin səmərəli şəkildə təhlil olunaraq qiymətləndirilməsidir. Bu yanaşma, sürətlə inkişaf edən və rəqabət qabiliyyəti yüksək olan logistika bazarında müəssisələrin müştəri məmnuniyyətini artırmaq və strateji üstünlük əldə etmək səyləri fonunda həyata keçirilmişdir
Tədqiqatın metodologiyası :
Məqalədə Azərbaycanda fəaliyyət göstərən bir özəl logistik şirkətin müştəriləri arasında anket sorğusu aparılmış və toplanmış məlumatlar əsasında Çoxmeyarlı Qərar Qəbuletmə (ÇMQQ) üsullarından biri olan TOPSIS (Technique for Order Preference by Similarity to Ideal Solution) metodu tətbiq olunmuşdur. Bu metod vasitəsilə müəyyənləşdirilən alternativ yükdaşıma modelləri, seçilmiş 7 kriteriya üzrə
müqayisə olunaraq ən optimal variant müəyyənləşdirilmişdir
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Aparılmış empirik təhlil şirkətlərə real müştəri rəyləri əsasında obyektiv və əsaslandırılmış qərarlar verməyə imkan yaradır. Bu isə öz növbəsində, xidmətin keyfiyyətinin davamlı şəkildə monitorinqinə və optimallaşdırılmasına, müştəri gözləntilərinin daha dəqiq müəyyənləşdirilərək qarşılanmasına, eləcə də uzunmüddətli müştəri məmnuniyyətini və loyallığını təmin edən strateji yanaşmaların
formalaşdırılmasına zəmin yaradır. Belə bir yanaşma həm rəqabət üstünlüyünün əldə olunmasına, həm də bazarda
Tədqiqatın nəticələri :
Müxtəlif daşıma modelləri arasında optimal seçimin edilməsində, logistika əməliyyatları zamanı baş verə biləcək potensial risklərin proqnozlaşdırılması və azaldılmasında, habelə uzunmüddətli dövrdə dayanıqlı və səmərəli logistika fəaliyyətinin planlaşdırılması, idarə olunması və resursların düzgün bölüşdürülməsi istiqamətində qərar qəbuletmə prosesinə mühüm töhfə verə bilər.
Tədqiqatın elmi yeniliyi :
Müştəri yönümlü yanaşmanın analitik qərar modelləri ilə birləşdirilməsi nəticəsində xidmət keyfiyyətinin qiymətləndirilməsinə sistemli və yeni bir baxış təqdim etməsidir. Bu yanaşma, logistikada qərar qəbuletmənin elmi əsaslara söykənməsinə töhfə verməklə yanaşı, mövcud ədəbiyyatda mövcud olan boşluqların qismən doldurulmasına da xidmət edir.
Açar sözlər : Logistika, Çoxmeyarlı Qərar Qəbuletmə (MCDM), TOPSIS, yükdaşıma modeli, müştəri loyallığı, xidmətin optimallaşdırılması,
12:08:2025
Автор : Ağacanova Günel Yaşar
DOİ 10.30546/2790-5799.3.2025.3010
Номер журнала : 2025-3
Страници статьи в журнале : 26-35
Название исследования :
Цель исследования :
Методология исследования :
Важность исследовательского приложения :
Результаты исследования :
Научная новизна исследования :
Ключевые слова :
12:08:2025
Author : Ağacanova Günel Yaşar
DOİ 10.30546/2790-5799.3.2025.3010
Number of journal : 2025-3
Page of article in journal : 26-35
Title of the research :
The purpose of the research :
The methodology of the research :
The practical importance of the research :
The results of the research :
The scientific novelty of research :
Keywords :