Müəllif : Nəsibova Günay Mübariz
05:08:2025
Müəllif : Nəsibova Günay Mübariz
DOİ : 10.30546/2790-5799.3.2025.3001
Jurnalın nömrəsi : 2025-3
Mıqalənin jurnalda səhifəsi 5-10
Tədqiqatın adı: AZƏRBAYCAN FLORASINDA YAYILMIŞ RUMEX L. CİNSİ NÖVLƏRİNİN BİOEKOLOJİ ANALİZİ VƏ ONLARIN İSTİFADƏ PERSPEKTİVLƏRİ
Tədqiqatın məqsədi :
Azərbaycan florasında yayılmış əvəlik cinsi növlərinin bioekoloji xüsusiyyətlərini araşdırmaq, onların yayılma arealını və ekoloji uyğunlaşma səviyyələrini müəyyənləşdirmək, eyni zamanda bu növlərin xalq təbabətində, istehsalatda, kənd təsərrüfatında və ekoloji bərpa işlərində istifadəsini qiymətləndirməkdir.
Tədqiqatın metodologiyası :
Tədqiqat zamanı Rumex L. cinsinə daxil olan növlər üzərində floristik və geobotaniki metodlardan istifadə olunmuş, onların morfoloji, ekoloji və taksonomik xüsusiyyətləri klassik və müasir mənbələr əsasında təhlil edilmişdir. Həmçinin, növlərin etnobotaniki əhəmiyyəti də araşdırılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Tədqiqatın nəticələri dərman və qida sənayesi üçün xammal mənbələrinin müəyyənləşdirilməsi, etnobotanika sahəsində biliklərin genişləndirilməsi və biomüxtəlifliyin qorunması baxımından əhəmiyyətlidir. Xalq təbabətində geniş istifadə olunan növlərin elmi təsdiqlənmiş biokimyəvi tərkibi, onların praktiki tətbiqi imkanlarını artırır. Həmçinin, boyaqçılıq və kənd təsərrüfatında da faydalı istiqamətlər açılır.
Tədqiqatın nəticələri :
Rumex L. cinsi növləri ekoloji cəhətdən geniş uyğunlaşma qabiliyyətinə malik olub, Azərbaycanda əsasən mezofit və kserofit qruplarda yayılmışdır. Bu növlər həm yayılma arealına, həm də təsərrüfat və dərman əhəmiyyətinə görə diqqətçəkicidir
Tədqiqatın elmi yeniliyi :
İlk dəfə olaraq Rumex L. cinsinə aid 18 növün Azərbaycan florasında yayılma əraziləri, ekoloji qrupları, fenoloji fazaları və təsərrüfat əhəmiyyəti birgə şəkildə elmi əsaslarla sistemləşdirilmişdir. Növlərin coğrafi areal siniflərinin bölgüsü və bioekoloji analizlərinin qarşılıqlı müqayisəsi aparılmışdır.
Açar sözlər : Bioekoloji təhlil, yayılma arealı, ekoloji qruplar, fenoloji fazalar, kosmopolit
05:08:2025
Автор : Nəsibova Günay Mübariz
DOİ 10.30546/2790-5799.3.2025.3001
Номер журнала : 2025-3
Страници статьи в журнале : 5-10
Название исследования :
Цель исследования :
Методология исследования :
Важность исследовательского приложения :
Результаты исследования :
Научная новизна исследования :
Ключевые слова :
05:08:2025
Author : Nəsibova Günay Mübariz
DOİ 10.30546/2790-5799.3.2025.3001
Number of journal : 2025-3
Page of article in journal : 5-10
Title of the research :
The purpose of the research :
The methodology of the research :
The practical importance of the research :
The results of the research :
The scientific novelty of research :
Keywords :