Müəllif : Salmanova Laman Ziya
15:07:2025
Müəllif : Salmanova Laman Ziya
DOİ : 10.30546/2790-5799.3.2025.3045
Jurnalın nömrəsi : 2025-3
Mıqalənin jurnalda səhifəsi 109-118
Tədqiqatın adı: İSTEHLAKÇI LOYALLIĞININ ƏHƏMİYYƏTİ VƏ FORMALAŞDIRILMASI ÜÇÜN EFFEKTİV STRATEGİYALAR
Tədqiqatın məqsədi :
Müəssisənin uzunmüddətli uğurunda mühüm rol oynayan müştəri loyallığının mahiyyətini, formalaşma mexanizmlərini və onu artıran amilləri müəyyən etməkdir. Araşdırma çərçivəsində qarşıya qoyulan məqsədlər bunlardır: müştəri loyallığı anlayışının nəzəri əsaslarını təhlil etmək; loyallığı formalaşdıran əsas amilləri və ən uğurlu strategiyaları müəyyənləşdirmək
Tədqiqatın metodologiyası :
Tədqiqat metodları kimi mövzu üzrə ədəbiyyatın təhlili, müşahidə və qabaqcıl şirkətlərin müştəri yönümlü fəaliyyətlərinin müqayisəsi istifadə olunmuşdur. Eyni zamanda müasir bazar şəraitində şirkətlərin fəaliyyətlərini təşkil etməsinin xüsusiyyətlərini, istehlakçı kapitalizminə keçid meyllərini nəzərdən keçiririlir və bu sistem daxilində istehlakçıların əsas maraqlı tərəflər kimi prioritetləşdirilməsinin
zəruriliyini təhlil edir.
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Müştəri loyallığının araşdırılması müasir bazar iqtisadiyyatı şəraitində praktiki baxımdan böyük əhəmiyyətə malikdir. Loyallıq səviyyəsi yüksək olan müştərilər müəssisə üçün davamlı gəlir mənbəyi olmaqla yanaşı, həm də brendin təbliğində könüllü rol oynayırlar.
Tədqiqatın nəticələri :
Təhlil nəticəsində müəllif istehlakçı sadiqliyinin mahiyyətini, müştəriyönümlü biznesin xüsusiyyətlərini, istehlakçı sadiqliyinin müasir bazar şəraitində uğurlu biznes üçün əhəmiyyətini izah edən obyektiv səbəbləri və sadiqliyin kəmiyyət baxımından ölçülməsi yollarını müəyyənləşdirmişdir. Həmçinin, təhlil çərçivəsində istehlakçı sadiqliyinin formalaşdırılması üzrə əsas strategiyalar, loyallıq proqramlarının
növləri, müştəri strategiyaları üzrə müasir yanaşmalar müəyyənləşdirilmişdir. Bu strategi
Tədqiqatın elmi yeniliyi :
Bu tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, burada müştəri loyallığı anlayışı yalnız ənənəvi nəzəri yanaşmalar əsasında deyil, eyni zamanda müasir bazar reallıqları və dəyişən istehlakçı davranışları prizmasından təhlil olunur.
Açar sözlər : təşkilati mədəniyyət müştəriyönümlü təşkilati mədəniyyət, istehlakçı sadiqliyi
15:07:2025
Автор : Salmanova Laman Ziya
DOİ 10.30546/2790-5799.3.2025.3045
Номер журнала : 2025-3
Страници статьи в журнале : 109-118
Название исследования :
Цель исследования :
Методология исследования :
Важность исследовательского приложения :
Результаты исследования :
Научная новизна исследования :
Ключевые слова :
15:07:2025
Author : Salmanova Laman Ziya
DOİ 10.30546/2790-5799.3.2025.3045
Number of journal : 2025-3
Page of article in journal : 109-118
Title of the research :
The purpose of the research :
The methodology of the research :
The practical importance of the research :
The results of the research :
The scientific novelty of research :
Keywords :