Müəllif : Əmiri Günel Sərdar
07:03:2025
Müəllif : Əmiri Günel Sərdar
DOİ : 10.30546/2790-5799.1.2025.1013
Jurnalın nömrəsi : 2025-1
Mıqalənin jurnalda səhifəsi 36-43
Tədqiqatın adı: DONALDSON FORELİ İLƏ QIZILI FORELİN “AZFOREL” TƏSƏRRÜFATINDA YETİŞDİRİLƏN HİBRİDİNİN BIOLOJI VƏ ƏMTƏƏ XÜSUSİYYƏTLƏRİ
Tədqiqatın məqsədi :
Əlvan forelin formaları olan Donaldson foreli və qızılı forelin hibridinin zavod şəraitində yetişdirilməsinin səmərəlilik dərəcəsini müəyyən etmək.
Tədqiqatın metodologiyası :
Donaldson foreli və qızılı forelin hibridini bir yaşadək yetişdirərək, onun bioloji və təsərrüfat göstəricilərini valideyn formalarla müqayisəli şəkildə təhlil etmək.
Tədqiqatın tətbiqi əhəmiyyəti :
Təsərrüfata xaricdən və ya digər təsərrüfatlardan forelin körpələrini, yaxud mayalandırılmış kürülərini gətirmək əvəzinə təsərrüfatın özündə olan balıqlardan nəsil almaqla əmtəə balıqlarının iqtisadi cəhətdən daha sərfəli yolla yetişdirilməsi mümkün olar. Bu həm istehsal xərclərini azaldar, həm də yoluxucu xəstəliklərin təsərrüfata gətirilməsinin qarşısını alar.
Tədqiqatın nəticələri :
Donaldson forelinin və qızılı forelin biryaşlı hibridləri uzunluq, kütlə və dolğunluq göstəricilərinə görə iki valideyn forma arasında yer tutaraq, bu göstəricilərin daha yüksək olduğu qızılı forelə yaxındır. Odur ki, hibrid formanın yetişdirilməsi indi forel təsərrüfatlarının əsas obyekti olan Donaldson forelinin yetişdirilməsindən daha sərfəlidir. Hibridin yetişdirilməsi zamanı ölüm faizi hər iki valideyin formanın ölüm faizindən aşağıdır.
Tədqiqatın elmi yeniliyi :
İlk dəfə olaraq Donaldson foreli və qızılı forelin hibridinin bioloji və əmtəə göstəriciləri tədqiq olunaraq, valideyin formaların müvafiq göstəriciləri ilə müqayisə edilmişdir.
Açar sözlər : Azforel, əlvan forel, iqlimləşdirmə, Donaldson foreli, qızılı forel, balıqyetişdirmə.
07:03:2025
Автор : Əmiri Günel Sərdar
DOİ 10.30546/2790-5799.1.2025.1013
Номер журнала : 2025-1
Страници статьи в журнале : 36-43
Название исследования :
БИОЛОГИЧЕСКИЕ И ТОВАРНЫЕ ХАРАКТЕРИСТИКИ ГИБРИДА ФОРЕЛИ ДОНАЛЬДСОНА И ЗОЛОТИСТОЙ ФОРЕЛИ, ВЫРАЩИВАЕМОГО В РЫБОВОДНОМ ХОЗЯЙСТВЕ «АЗФОРЕЛЬ»
Цель исследования :
Определить степень эффективности разведения гибрида форели Дональдсона и золотистой форели, являющихся формами радужной форели, в заводских условиях.
Методология исследования :
Вырастить гибридов форели Дональдсона и золотистой форели до годовалого возраста и проанализировать их биологические и хозяйственные показатели в сравнении с родительскими формами.
Важность исследовательского приложения :
Вместо того, чтобы завозить на ферму мальков или оплодотворенную икру форели из-за границы или с других хозяйств, можно будет разводить товарную рыбу экономически более выгодным способом, получая потомство от рыб, обитающих в самом хозяйстве. Это позволит не только сократить производственные расходы, но и предотвратить занос заболеваний в хозяйство.
Результаты исследования :
Годовики гибрида форели Дональдсона и золотистой форели по длине, массе и упитанности занимают промежуточное положение между двумя родительскими формами и находятся ближе к золотистой форели, которая имеет более высокие товарные показатели. Поэтому разведение гибридной формы сейчас более прибыльно, чем разведение форели Дональдсона, являющегося сейчас основным объектом форелевых хозяйств. Смертность при разведении гибрида ниже смертности родительских форм.
Научная новизна исследования :
Впервые изучены биологические и товарные особенности гибрида форели Дональдсона и золотистой форели и проведено их сравнение с соответствующими характеристиками родительских форм.
Ключевые слова : Азфорель, радужная форель, акклиматизация, форель Дональдсона, золотая форель, рыбоводство.
07:03:2025
Author : Əmiri Günel Sərdar
DOİ 10.30546/2790-5799.1.2025.1013
Number of journal : 2025-1
Page of article in journal : 36-43
Title of the research :
BIOLOGICAL AND COMMERCIAL CHARACTERISTICS OF THE HYBRID OF DONALDSON TROUT AND GOLDEN TROUT, CULTIVATED IN THE “AZFOREL” FISH FARM
The purpose of the research :
To determine the efficiency of breeding hybrids of Donaldson trout and golden trout, which are forms of rainbow trout, in hatchery conditions.
The methodology of the research :
To grow hybrids of Donaldson trout and golden trout to one year of age and to analyze their biological and economic indicators in comparison with the parental forms.
The practical importance of the research :
Instead of importing trout fry or fertilized eggs from abroad or other farms, it will be possible to breed commercial fish in a more cost-effective way, obtaining offspring from fish living on the farm itself. This will not only reduce production costs, but also prevent the introduction of diseases into the farm.
The results of the research :
Yearlings of the hybrid of Donaldson trout and golden trout occupy an intermediate position between the two parental forms in length, weight and fatness and are closer to golden trout, which has higher commercial characteristics. Therefore, breeding the hybrid form is now more profitable than breeding Donaldson trout, which is now the main object of trout farms. Mortality in breeding hybrids is lower than the mortality of the parental forms.
The scientific novelty of research :
For the first time, the biological and commercial characteristics of a hybrid of Donaldson trout and golden trout were studied and compared with the corresponding characteristics of the parent forms.
Keywords : Azforel, rainbow trout, acclimatization, Donaldson trout, golden trout, fish farming